Sosial 30-04-2026, 15:31

1800 abonentin qazı kəsiləcək - Bu ərazilərdə



Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Planetinfo.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bu səbəbdən, ərazidəki 1800 abonentin qaz təchizatı bu gün saat 16:00-dan etibarən dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

Xəbər lenti