Sosial Dün, 10:47

Saat 12:00-da qaz kəsiləcək - Bu ərazilərdə



Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Planetinfo.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Şəhərin Xəzər bağları yaşayış massivində, Sürücülük məktəbinin arxasında yerləşən d76 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar bu gün saat 12:00-dan etibarən ərazidə yerləşən təxminən 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Xəbər lenti