Aşkarlanan qaz sızmasının aradan qaldırılması məqsədilə Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılıb.
Planetinfo.az xəbər verirki bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması ilə əlaqədar iyunun 12-də saat 09:30-dan etibarən işlər başa çatanadək Abşeron rayonunun Novxanı kəndində və Xırdalan şəhərinin Quşçuluq massivində qaz təchizatı dayandırılıb.
Qeyd olunub ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra abonentlərin qaz təchizatı bərpa ediləcək.