Sosial 18-06-2026, 23:12

Ağalıkənd kəndində ekoloji maarifləndirmə görüşü keçirilib



“Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi çərçivəsində Biləsuvar rayonunun Ağalıkənd kəndində icma üzvləri ilə növbəti maarifləndirici görüş təşkil olunub.

Görüş zamanı iştirakçılara tullantıların düzgün idarə olunması, təkrar emalın əhəmiyyəti, eləcə də ətraf mühitin qorunmasında icmaların rolu barədə ətraflı məlumat verilib. Tədbirdə ekoloji problemlərin həlli istiqamətində yerli icmaların fəal iştirakının vacibliyi vurğulanıb.

Həmçinin iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onların təklif və təşəbbüsləri dinlənilərək müzakirə olunub.

Qeyd edək ki, “Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.


Xəbər lenti