Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
Nazirliyin yaydığı rəsmi müraciətdə küləkli hava şəraitində dənizə girməyin son dərəcə təhlükəli olduğu xatırladılır və əhali müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırılır.
"Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı "112" qaynar telefon xəttinə zəng edin", — deyə FHN-in müraciətində vurğulanır.