Gündəm Bugün, 12:10

Qarabağ kanalında batan 26 yaşlı gəncin meyiti tapıldı



Yevlax rayonunda Qarabağ kanalında batan 26 yaşlı gəncin meyiti tapılıb.

Bədbəxt hadisə kanalın Yevlax rayonunun Malbinəsi kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Nadirov Mahir Oruc oğlu kanalda batıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc-Axtarış qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində gəncin meyiti kanalın Bərdə rayonu ərazisindən keçən hissəsində — "Bərdə postu" kimi tanınan ərazidə tapılaraq sahilə çıxarılıb.

Meyit aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti