Sosial 4-11-2025, 10:00

Xəzər sahilində 112 ölü suiti aşkarlandı

Xəzər sahilində 112 ölü suiti aşkarlandı
Qazaxıstanın Mangistau vilayətinin ekologiya departamentinin əməkdaşları Xəzər dənizinin sahillərində 112 suiti cəsədi aşkar ediblər.

Planetinfo.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Vurğulanıb ki, Tüpkaraqan rayonunun Asan kəndindən Bautino burnuna qədər olan sahil zolağında aparılan monitorinqlər zamanı 112 Xəzər suitisinin cəsədi aşkar edilib.

Ölümlərin səbəbini müəyyən etmək üçün hadisə yerindən dəniz suyu nümunələri götürülüb.

Qeyd edək ki, bu, Xəzər dənizində suitilərin kütləvi ölümü ilə bağlı ilk hadisə deyil. Cari ilin iyununda Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi 2024-cü ildə belə ölümlərin səbəblərinin yüksək patogenli quş qripi, immun çatışmazlığı ilə əlaqəli neyrovirus infeksiyası və dənizin dibindən təbii qazın dağılması nəticəsində yaranan boğulma ola biləcəyini açıqlayıb.

2022-2023-cü illərdə isə bu heyvanlar taun və kəskin pnevmoniyadan ölüb.

Xəbər lenti