Sosial 27-03-2026, 11:33

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO



Rusiyadan İrana göndərilən humanitar yardımın Astara Gömrük Buraxılış Məntəqəsində təhvil verilməsi prosesi həyata keçirilib.

Planetinfo.az xəbər verir ki, dərman vasitələrindən ibarət humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.

Yük İrana məxsus nəqliyyat vasitələrinə yüklənərək qarşı tərəfə təhvil verilib və təyinat nöqtəsinə daşınması təmin olunacaq.

Qeyd edək ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən 13 tondan çox humanitar yük – dərman və tibbi ləvazimatlar Azərbaycan ərazisindən tranzit keçməklə İrana göndərilmişdi. //Bizim.media//




Xəbər lenti