Artıq bütün sahələrdə nümunəvi əlaqələri və əməkdaşlığı olan Pakistan hər zaman Azərbaycanın yanındadır. Pakistan dövləti və xalqı Azərbaycanın hər bir milli gününün - istər Müstəqillik günü, istər Bayraq günü, istər Qələbə gününün sevincinə şərikdir.
Bunu
Planetinfo.az-a "Pakistan dünya mediasında" internet resursunda rəhbəri Tazen Akhtar (Pakistan) deyib.
O, qeyd edib ki, Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevin şəxsi dostudur və onlar əməkdaşlığın təşviqi ilə bağlı daim əlaqə saxlayır, inkişaf və müdafiə təcrübələrini bölüşürlər, çünki hər ikisi öz regionlarında dövlətlərinin müdafiəsi ilə bağlı demək olar ki, eyni tarixə və dinamikaya malikdirlər:
"Baş nazir Şahbaz Şərif bütün ölkələrlə tərəfdaşlıq şəraitində işləməyin və əlaqələr qurmağın vacibliyini dərindən dərk edir, Azərbaycan buna maksimum layiqdir, çünki tariximiz, adət-ənənələrimiz, mədəniyyətimiz, dinimiz eyni və ortaqdır".
Nəsimi