Gündəm Dün, 20:45

Berna Laçin saxlanıldı



Türkiyəli aktrisa Berna Laçin sosial şəbəkədəki paylaşımına görə saxlanılıb.

Aktrisa sosial şəbəkə hesabında evində axtarış aparıldığını bildirib.

“Məni aparmağa gəliblər, evimdə axtarış aparırlar. Nə olduğunu anlamadım”, – deyə Laçin yazıb.

Qeyd edək ki, Laçin barəsində “xalqı kin və düşmənçiliyə təhrik etmə və ya aşağılama” maddəsi üzrə araşdırma başladılıb. Buna səbəb onun İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuğayın AKP-yə keçməsindən sonra sosial şəbəkədə “İzmir əvvəllər də işğal olunub, qorxma!” məzmunlu paylaşım etməsi olub.

Xəbər lenti