Gündəm / Dünya Bugün, 19:25

13 nəfərin ölümünə səbəb olmuş hücum: Həsənin edam günü bəlli oldu




ABŞ-da 2009-cu ildə Texas ştatının Fort-Hud hərbi bazasında 13 nəfəri öldürən keçmiş hərbi psixiatr Nidal Həsənin edam tarixi açıqlandı.

Həsən dekabrın 3-də Fort-Hud bazasında güllələnmə yolu ilə edam ediləcək.

Bu, ABŞ-da son 65 ildə hərbçinin ilk edamı olacaq. Həmçinin İkinci Dünya müharibəsindən sonra ölkədə ilk dəfə güllələnmə üsulundan istifadə ediləcək. Qərarın icrasına ABŞ prezidenti Donald Tramp sanksiya verib.

Hadisə 5 noyabr 2009-cu ildə baş verib. Həsən hərbi bazanın tibb korpusunda müayinədən keçən silahsız hərbçilərə tapançadan atəş açıb. Nəticədə 13 nəfər ölüb, 32 nəfər yaralanıb.

Həsən saxlanılarkən ağır yaralanıb və iflic olub. 2013-cü ilin avqustunda hərbi tribunal onu yekdilliklə ölüm cəzasına məhkum edib. O, məhkəmədə özünü müdafiə edib və təqsirini inkar etməyib.

Xəbər lenti