Gündəm / Siyasət Bugün, 20:30

İran səfiri Fransa XİN-ə çağırıldı: “Nalayiq təxribatlara son qoyun!"



Fransa Xarici İşlər Nazirliyi ölkədə şagird və məktəb işçilərinin etirazları ilə bağlı İranın sosial şəbəkələrdə dezinformasiya yaymasına etiraz olaraq İranın Parisdəki səfirini XİN-ə çağırıb.

Fransa XİN-in sözçüsü Paskal Konfavrö İran XİN-in rəsmi hesablarından yayılan “yalan məzmunun” qəbuledilməz olduğunu bildirib.

O, həmçinin Fransanın Tehrandakı səfirinin oktyabrın 6-da İran XİN-ə çağırılmasının əsassız olduğunu deyib və “nalayiq təxribatlara” son qoyulmasını tələb edib.

Qeyd edək ki, bundan əvvəl İran Fransanın Tehrandakı səfiri Pyer Koşarı məktəblərdəki etirazlara müdaxilə ilə bağlı XİN-ə çağırmışdı.

Xəbər lenti