"Crocus City Hall"da terror aktı törədən dörd nəfər ömürlük həbs edilib.
Planetinfo.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Belə ki, İkinci Qərb Dairə Hərbi Məhkəməsi terror aktını törətməkdə ittiham edilən Dalerjon Mirzoyev, Saidakram Rachabalizoda, Shamsidin Fariduni və Muhammadsobir Fayzov ömürlük həbs cəzasına məhkum edib.
Təqsirləndirilən şəxslər terror hücumu, terror fəaliyyətinə kömək etmək, terror fəaliyyəti törətmək məqsədilə təlim keçmək və digər cinayətlərdə təqsirli biliniblər.
Məhkəmə həmçinin onların hər birini 990 min rubl cərimə edib. Onlar cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Qeyd edək ki, "Crocus City Hall"da terror aktı 2024-cü ilin martın 22-də baş verib.
Terrorçular Piknik qrupunun konserti keçiriləcəyi kompleksə basqın ediblər. 150 nəfər həlak olub.
Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.