Türkiyənin cənubundakı Antalya vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində beş nəfər ölüb, iki nəfər yaralanıb.
Məlumata görə, idarəetmədən çıxan minik avtomobili dərəyə aşıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasetmə qrupu cəlb olunub. Məlumata görə, avtomobildə olan yeddi nəfərdən beş hadisəyerində keçinib, iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.