İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin İordan çayının qərb sahilində yerləşən Kiryat-Arba yəhudi yaşayış məntəqəsindəki evinin yaxınlığına kiçik pilotsuz uçuş aparatı düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Nazirin özü və ailə üzvləri təhlükəsiz vəziyyətdədir.
Məlumata görə, pilotsuz uçuş aparatı İsrail Müdafiə Ordusunun nümayəndələri tərəfindən götürülüb.
Öz növbəsində, dövlət televiziya və radio şirkəti Kan bildirib ki, söhbət fotoçəkiliş üçün nəzərdə tutulan kiçik drondan gedir.