Dünya 12-03-2026, 17:00

Madurodan xəbər var

Venesuelanın həbsdə olan Prezidenti Nikolas Maduro Bruklin həbsxanasında ikixüsusi ölçülü kameraya yerləşdirilib.

Planetinfo.az xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti məlumat əldə edib.

Əldə edilən informasiyaya görə, bu cür kameralar bir neçə məqsədə xidmət edir. İntizam təcrid olunması, intiharın qarşısının alınması və xüsusilə təhlükəli və ya risk altında olan məhbusların qorunması.

Nəşrin yazdığına görə, praktikada bu, daimi təcrid olunmuş həbs deməkdir.

Qəzet qeyd edib ki, kamera üç metr uzunluğunda və iki metr enində dar bir məkandır. Burada metal çarpayı, unitaz, tualet və çox az təbii işığa imkan verən dar pəncərə var.

Qəzetin məlumatına görə, məhbuslar həftədə üç dəfə bir saatlıq, həmişə qandallı və iki mühafizəçinin müşayiəti ilə çölə buraxılırlar. Bu müddət ərzində onlar duş qəbul edə, telefondan istifadə edə, nəzarət altında elektron poçtu yoxlaya və ya kiçik hasarlanmış həyətə çıxa bilərlər.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi hədəflərə hücum edərək Maduro və həyat yoldaşı Siliya Floresi əsir götürərək ölkədən çıxarıb.

5 yanvarda onlar Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmədə ittiham ediliblər.

Onlar narkotik qaçaqmalçılığında günahlandırılırlar.

Həmin vaxtdan Venesuelanı vitse-prezident Delsi Rodriges idarə edir.

Xəbər lenti