Dünya Bugün, 16:31

Borrell: ABŞ İkinci Dünya Müharibəsindən sonra bütün müharibələrdə məğlub olub

"ABŞ İkinci Dünya Müharibəsindən sonra bütün müharibələrdə məğlub olub".

Planetinfo.az xəbər verir ki, bu sözləri Aİ-nin sabiq xarici işlər naziri Cozef Borrell deyib.

Onun fikrincə, ABŞ-İsrail arasında İrana qarşı hərbi əməliyyatı dayandıra biləcək yeganə vasitə dolların faiz dərəcəsinin artması, artan inflyasiya və daxili problemləridir.

Borrell qeyd edib ki, Vaşinqtonun İranda əməliyyat üçün dəqiq bir planı yoxdur.

Siyasətçi hesab edir ki, ABŞ və İsrailin etdiyi şey qlobal enerji böhranı yaratmaqdır.

Xəbər lenti