Çin iki eksperimental Shiyan-30 peykini orbitə buraxıb.
Planetinfo.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, peyklər orbitə Siçanq Peyk Buraxılış Mərkəzindən buraxılıb.
Peyklər "Long March-2D" buraxılış vasitəsi ilə kosmosa göndərilib.
Bu seriyadakı peyklər elmi təcrübələr, ətraf mühitin monitorinqi və yeni texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.
Hazırkı buraxılış, Long March seriyalı raketlərin 632-ci buraxılışı olub.