Dünya 13-03-2026, 17:13

Tramp bu ölkələrə səsləndi - "Hörmüz boğazından keçin, İranın bütün gəmilərini batırmışıq"

"Neft tankerləri Hörmüz boğazından təhlükəsiz keçmək üçün cəsarətlərinin olduğunu nümayiş etdirməlidirlər".

Planetinfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibə zamanı deyib.

"Hörmüz boğazından keçmək üçün cəsarətiniz olduğunu göstərməlisiniz. Qorxacaq bir şey yoxdur. Onların  donanması yoxdur, biz onların bütün gəmilərini batırmışıq".

Xatırladdaq ki, martın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru İbrahim Cabari xəbərdarlıq edib ki, dünya neft ixracatının beşdə birinin keçdiyi Hörmüz boğazı İsrail və ABŞ-nin hərbi əməliyyatları səbəbindən gəmiçilik üçün bağlanacaq.

Martın 12-də İranın Ali Lideri Ayətullah Müctəba Xamenei bildirib ki, Tehran düşməninə təzyiq göstərmək üçün Hörmüz boğazını bağlı saxlayacaq.

Xəbər lenti