Niderland millisinin keçmiş futbolçusu Kvinsi Promes narkotik vasitələrin satışı ilə bağlı sövdələşmələrdə vasitəçilik edərək 8 milyon avro qazanıb.
“RTL Boulevard” nəşrinin məlumatına görə, Niderland prokurorluğu həmin vəsaitin Promesdən müsadirə olunmasını və ya onun əmlakına həbs qoyulmasını tələb edir.
Promes beynəlxalq narkotik ticarətində iştirak etdiyinə görə 6 il, qohumunu bıçaqladığına görə isə əlavə olaraq 1 il 6 ay həbs cəzasına məhkum edilib.
İstintaqın versiyasına əsasən, Promes Antverpen limanı vasitəsilə 1350 kiloqramdan çox kokainin daşınmasının əsas iştirakçılarından biri olub.