Gündəm Bugün, 11:17

İllərdir ziyanlı bilinirdi, əslində şəfa imiş



Heyvan yağları haqqında deyilən miflər alt-üst oldu. Alimlər quyruq yağının ürək-damar sisteminə ziyan yox, xeyir verdiyini sübut etdilər.

Planetinfo.az xəbər verir ki, son klinik araşdırmalar bu ənənəvi qidanın damarları tıxamadığını üzə çıxardı.

Ekspertlər quyruq yağının tərkibindəki Omega-9 turşusunun damar elastikliyini qoruduğunu bildirirlər. Bu maddə zeytun yağında olduğu kimi orqanizm üçün həyati əhəmiyyət daşıyır.


Quyruq yağı təbii ağrıkəsici funksiyasını yerinə yetirir. O, xüsusilə oynaq mayesini bərpa edir. Revmatizm və bel ağrılarından əziyyət çəkənlər üçün bu yağ əsl şəfadır. Bir çox həkim immuniteti gücləndirmək üçün quyruq yağından istifadəni tövsiyə edir.


Mütəxəssislər bu yağın həzm sistemini də rahatlatdığını vurğulayırlar. Mədə və bağırsaq divarlarını qoruyan turşular maddələr mübadiləsini sürətləndirir.

Eyni zamanda tərkibindəki A, D, E və K vitaminləri dərini cavan saxlayır. Kolagen quruluşu sayəsində qocalma prosesini ləngidir. Təbii və balanslı şəkildə istehlak edilən quyruq yağı bədənin müqavimətini artırır. (Demokrat.az)

Xəbər lenti