Gündəm Bugün, 15:30

Reha Muhtar xəstəxanaya yerləşdirildi



Ötən axşam Bodrum şəhərində vəziyyəti pisləşən məşhur türkiyəli teleaparıcı Reha Muhtar xəstəxanaya yerləşdirilib.

Bu barədə onun keçmiş həyat yoldaşı, tanınmış aktrisa Deniz Uğur sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, Reha Muhtara ürək çatışmazlığı diaqnozu qoyulub.

"Çanaqqaladakı yay evimizdə olduğumuz zaman Reha Muhtarın Bodrumda xəstəxanaya yerləşdirildiyi xəbərini aldıq. Uşaqlarımız Mina və Poyrazın atalarının sağlamlıq vəziyyətini diqqətdə saxlamaları və onun yanında olmaları üçün xəstəxanaya gedirik. Xeyirli dualarınızı əsirgəməməyinizi diləyirik", - deyə Deniz Uğur bildirib.

Xəbər lenti