Gündəm / Siyasət / Dünya Bugün, 19:10

ABŞ və Avropa qarşılıqlı hücuma hazırlaşır - Yeni ticarət müharibəsi



ABŞ və Avropa İttifaqı arasında tarif mübarizəsi kəskin mərhələyə keçə bilər.

Vaşinqtonun Avropa mallarına 15 faiz tarif tətbiq edilməsi üzrə razılaşmanı ləğv edə biləcəyi gözlənilir.

“Politico” nəşri mənbələrə istinadən yazır ki, ABŞ bu addımı atarsa, Avropa İttifaqı da cavab tədbirlərinə əl atacaq.
Avropa Komissiyasının Ticarət üzrə Departamentinin direktoru Ditte Juel Yorqensen Aİ səfirlərinə bildirib ki, ABŞ-ın razılaşmaya əməl edəcəyini gözləyirlər. Razılaşma pozulacağı təqdirdə Avropa Komissiyası əks tədbirlər görməyə hazır olacaq.

Qeyd edək ki, Avropa Parlamenti mart ayında ABŞ-la ticarət müqaviləsini təsdiqləyib. Müqaviləyə əsasən, ABŞ-ın Aİ mallarına birtərəfli tarifləri 15 faiz səviyyəsində müəyyən edilir. Aİ isə 2028-ci ilin sonuna qədər ABŞ-dan 750 milyard avro dəyərində enerji almalıdır.

“Financial Times” nəşri isə yazır ki, ABŞ prezidenti Donald Tramp gələn həftənin əvvəlində onlarla ölkəyə yenui tariflər tətbiq etməyə hazırlaşır.

Xəbər lenti