Gündəm Bugün, 19:20

Saatlıda 9 kq narkotik vasitə aşkarlandı



Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 37 yaşlı Miriş Miriyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, ondan 9 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti