“Paşinyan Rusiya ilə münasibətləri düzəltmək məqsədilə Putinə tez-tez zəng edir”.
Bu barədə rusiyalı politoloq Oleq Bloxin bildirib.
Onun sözlərinə görə, Ermənistan baş nazirinin buna ehtiyacı olmasaydı, etməzdi: “Düşünürəm ki, o, ölkə daxilində vəziyyəti yaxşılaşdırmaq istəyir, çünki Rusiyaya qarşı kəskin bəyanatlar vermək onun əleyhinə işləyir. Paşinyan Avropa İttifaqının təlimatlarını yerinə yetirməklə zəmanətli yardım alacağına ümid edirdi. Bu, pul yardımı şəkilində yox, Ermənistanın Avropa bazarına çıxması ilə olmalı idi. Bunu əldə edə bilmədiyini görəndə Rusiya ilə münasibətləri yenidən normallaşdırmağa çalışır”.
Bloxinin fikrincə, Moskva-İrəvan münasibətlərinin gedişatı Ermənistan baş nazirinin seçəcəyi kursdan asılı olacaq.
“Rusiyanın müəyyən tələbləri var, telefon danışığı ilə bağlı verilən rəsmi açıqlamalar da bunu deməyə əsas verir. Nə edəcəyini seçmək Paşinyanın öz ixtiyarındadır: Avropa, yoxsa Rusiya ilə münasibətlər. Avropanı seçəcəksə, bunun Ermənistan üçün mənfi nəticələri olacaq. Əlbəttə ki, düşmənçilik olmayacaq, lakin Rusiya ilə münasibətlər soyuyacaq”, - rusiyalı politoloq bildirib.