Gündəm / Dünya Dün, 19:50

"Apple" şirkəti "Telegram"ı "App Store"dan sildi



"Apple" uşaqlara qarşı cinsi istismar materialları ilə bağlı qaydalarının pozulduğunu əsas gətirərək "Telegram" tətbiqini qısa müddətə “App Store”dan çıxarıb.

Şirkətin açıqlamasına görə, aparılan yoxlama zamanı platformada qadağan olunmuş məzmun aşkarlanıb.

“Telegram” həmin məzmunu sildikdən və onu paylaşan istifadəçini blokladıqdan sonra tətbiq yenidən “App Store”a qaytarılıb.

Platforma açıqlamasında “Apple”a müraciətlə bu yanaşmanın digər tətbiqlərə də eyni qaydada tətbiq olunacağına ümid etdiyini bildirib.

Xəbər lenti