Gündəm / Dünya
Dün, 22:45
Erməni məhsullarına Rusiyada qadağa
Rusiyada Ermənistandan idxal olunan bəzi içkilərin satışı dayandırılıb.
Rusiya mətbuatının yaydığı məlumata əsasən, dövlətə məxsus "Çestnıy znak" etiketləmə sistemi "Rospotrebnadzor"un göstərişi ilə Ermənistandan gətirilən 70 mindən çox şüşə içməli su və qazlı içkinin satışını məhdudlaşdırıb.
Qərarın "RRR mineral sular zavodu" tərəfindən istehsal edilən "Bjni" mineral süfrə suyuna, "Vaterlok" ASC-nin istehsalı olan "Prosto Azbuka" təbii içməli suyuna, eləcə də "Darbas" markasının istehsalı olan "Moxito" alkoqolsuz qazlı içkisinə şamil edildiyi bildirilib.