Gündəm / Siyasət Dün, 23:59

Kremlin adamı Bakının sülh tələbinə qarşı çıxacaqlarını elan etdi



Ermənistan parlamentindəki revanşistlər Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyanın dəyişdirilməsinə qarşı çıxacaqlarını bəyan ediblər.

“Güclü Ermənistan” partiyasının deputatı, rusiyalı milyarder Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan yeni konstitusiya layihəsini dəstəkləməyəcəklərini bəyan edib: “Referendumun keçirilməsi üçün “Güclü Ermənistan” fraksiyasının razılığı tələb olunur. Biz buna qarşıyıq”.

Karapetyan iddia edib ki, konstitusiyanın dəyişdirilməsi Bakının tələbidir.

“Azərbaycanın tələbini qəbul etmirik. Biz sülh müqaviləsinə doğru irəliləyirik. Bu lazımdır, amma gələcək təhdidlərə görə bir sıra qapını bağlamalıyıq. Əmin olun ki, bütün siyasi addımlarımız sülhə yönələcək, lakin etnik dəyişikliyə imkan verməyəcəyik. Onlar Qərbi Azərbaycandan, qayıdışdan danışırlar. Buna imkan verməyəcəyik. Sülh elə olacaq ki, heç kim bizim daxili işlərimizə qarışa bilməyəcək”, - Karapetyan iddia edib.

Qeyd edək ki, Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh müqaviləsinin imzalanması üçün İrəvandan konstitusiyaya dəyişiklik edilməsini tələb edib.

Xəbər lenti