Gündəm Dün, 19:10

Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü



Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı azyaşlı ölüb.

Hadisə Yaşıldərə yaşayış massivində baş verib.

Hərəkətdə olan 39 nömrəli marşrut avtobusu 2022-ci il təvəllüdlü Turan Həsənlini vurub. Nəticədə 4 yaşlı uşaq aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti