Yüksək sürət tam diqqət və etibar edə biləcəyiniz texnika tələb edir. REDMI Note 17 Series-in Elvin Xudaverdiyevin iştirakı ilə hazırladığı yeni xüsusi layihənin əsasında da məhz bu fikir dayanır. Dinamik videoçarxda REDMI Note 17 Pro Max 5G-nin imkanları yarış treki, drift və cihazın gündəlik həyatda qarşılaşa biləcəyi çətin vəziyyətlər vasitəsilə təqdim olunur.
Videoçarxın əvvəlində Elvin idman avtomobilinin sükanı arxasında görünür. Onun üçün maksimum performans yalnız sürət demək deyil. Bunun üçün dözümlülük, böyük enerji ehtiyatı və mürəkkəb şəraitdə belə hərəkətə davam etmək bacarığı lazımdır. Qəhrəmanın xarakterini, avtomobili və yeni REDMI Note 17 Pro Max 5G-ni birləşdirən də məhz bu xüsusiyyətlərdir.
Modelin əsas üstünlüklərindən biri 10 000 mAh tutumlu batareyadır. Videoçarxda onun imkanları gecə və gündüzün sürətlə bir-birini əvəz etməsi ilə göstərilir. Ətrafdakı zaman və şəhərin ritmi dəyişsə də, smartfon işləməyə davam edir. Belə enerji ehtiyatı istifadəçiyə daim enerji mənbəyi axtarmadan naviqasiyadan yararlanmağa, foto və video çəkməyə, ünsiyyət qurmağa və gündəlik işlərini həll etməyə imkan verir.
Digər vizual paralel pit-stop zamanı qurulur. Mexaniklər avtomobilin təkərlərini dəyişərkən smartfon da sürətlə enerji toplayır. REDMI Note 17 Pro Max 5G gözləmə müddətini əhəmiyyətli dərəcədə azaltmağa və gündəlik işlərə daha tez qayıtmağa kömək edən 100W HyperCharge texnologiyasını dəstəkləyir.
Videoçarxın final hissəsi cihazın davamlılığına həsr olunub. Kəskin döngə zamanı smartfon avtomobildən düşərək yaş asfaltın üzərinə yuvarlanır. Bu səhnə gücləndirilmiş korpus konstruksiyasını və cihazın xarici təsirlərə qarşı müdafiəsini birləşdirən REDMI Titan Quality konsepsiyasını əks etdirir. Model həmçinin su və toza qarşı IP69 qoruma səviyyəsini dəstəkləyir.
Yarış trekinin vizual obrazı smartfonun texniki xüsusiyyətlərini sadə və anlaşılan vəziyyətlər vasitəsilə təqdim etməyə imkan verib. Funksiyaların sadəcə sadalanması əvəzinə, tamaşaçı uzunmüddətli batareyanın, sürətli enerji yığımının və davamlılığın etibarlılıqla sürətin xüsusilə vacib olduğu şəraitdə hansı rol oynadığını görür.
"REDMI Note 17 Pro Max gün ərzində daim hərəkətdə olan insanlar üçün yaradılıb. Videoçarxda smartfonun imkanlarını sadəcə texniki göstəricilər vasitəsilə deyil, cihazın işləməyə davam etdiyi vəziyyətlər üzərindən göstərmək istədik", - deyə Xiaomi Azerbaijan-ın brend komandası bildirib.
REDMI Note 17 Pro Max 5G aktiv həyat ritmi və uzunmüddətli istifadə üçün yaradılıb. Elvin Xudaverdiyevin iştirakı ilə hazırlanan yeni videoçarx bu fikri qısa və dəqiq ifadə edir: maksimum performans üçün Titan gücü lazımdır.
REDMI Note 17 Series Azərbaycanda dörd versiyada təqdim olunur. Tövsiyə olunan qiymətlər:
● REDMI Note 17 - 549,99 manatdan;
● REDMI Note 17 5G - 689,99 manatdan;
● REDMI Note 17 Pro 5G - 799,99 manatdan;
● REDMI Note 17 Pro Max 5G - 1 149,99 manatdan başlayır.
Smartfonları Kontakt, İrşad, Baku Electronics, Birmarket və Soliton mağazalarından əldə etmək mümkündür.
Sentyabrın 11-dən 30-dək seriyaya daxil olan cihazlara 200 manatadək endirim tətbiq olunur. Alıcılar həmçinin ikiillik zəmanət, altı ay ərzində ekranın bir dəfə pulsuz dəyişdirilməsi və batareya üçün üçillik zəmanət əldə edirlər. Bu şərtlər 15 noyabr 2026-cı ilədək qüvvədədir.