Gündəm Bugün, 11:15

Ölümündən 1 gün əvvəl bu sözləri deyib



Türkiyəli aktyor Selim Bayraktar vəfat edən həmkarı və yaxın dostu Serhat Kılıçın ölümündən bir gün əvvəl onunla telefonla danışdığını açıqlayıb.

Bayraktar dostunu həkimə aparmağı planlaşdırdığını, lakin bunun baş tutmadığını bildirib.

Aktyor son telefon danışığı zamanı Kılıçdan “Yalnızsan” deyə soruşduğunu və ondan “Xeyr” cavabını aldığını söyləyib. Bayraktar daha sonra dostunun həmin vaxt əslində tək olduğunu öyrəndiyini qeyd edib.

Selim Bayraktar Serhat Kılıçın son dövrlərdə səhhəti ilə bağlı problemlər yaşadığını da deyib. Onun sözlərinə görə, Kılıç əvvəllər xərçəng xəstəliyindən müalicə alıb, son vaxtlar isə boyun nahiyəsində narahatlıq yaranıb. Müalicəsinin davam etməsinə baxmayaraq, aktyor son çəkiliş gününədək işləməyə davam edib.

Yaxın dostunun vəfatından danışan Bayraktar bəzi hadisələrin qarşısını almağın mümkün olmadığını deyərək yaşadığı acizliyi ifadə edib.

Qeyd edək ki, teatr, kino və televiziya layihələrində rol alan Serhat Kılıç 51 yaşında vəfat edib. (Axşam.az)

Xəbər lenti