27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və rəhbərlik etdiyi kollektiv Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, memorial kompleksin önünə gül dəstələri düzülüb.