İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalına endirdiyi hava zərbəsi ilə fələstinli 9 israilinin girov saxlanılmasında iştirak edən HƏMAS hərbi qanadının komandirini zərərsizləşdirib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, məhv edilən şəxs HƏMAS-ın komandiri Məhəmməd Qabaindir. O, 2023-cü ilin oktyabrında oğurlanmış 9 İsrail vətəndaşının anklavda girov saxlanılmasında birbaşa iştirak edib. Həmçinin onun son zamanlar İsrail hərbçilərinə və dinc sakinlərə qarşı hücumlar təşkil etdiyi, HƏMAS-ın döyüş qabiliyyətini bərpa etmək istiqamətində fəaliyyət göstərdiyi və bununla da atəşkəs rejimini sistemli şəkildə pozduğu bildirilib.
Məlumata görə, zərbədən əvvəl mülki əhaliyə dəyə biləcək ziyanı minimuma endirmək üçün yüksək dəqiqlikli döyüş sursatlarından istifadə edilib və havadan müşahidə aparılıb.