27 sentyabr Ermənistanda hərbi-siyasi faciə, 44 günlük müharibədə məğlubiyyətin başlandığı gün kimi xatırlanır.
Siyasətçilər, əsasən də revanşist qüvvələr hələ də məğlubiyyəti həzm edə bilmirlər. Məsələn, "Mamul" nəşri yazır ki, parlamentin "Şərəfim var" fraksiyasının deputatı, təhlükəsizlik və hərbi məsələlər üzrə mütəxəssis Tiqran Abrahamyan müharibənin hələ bitmədiyini deyib. Revanşist siyasətçi gülməli şəkildə ordunun, erməni xalqının uduzmadığını iddia edib.
"44 günlük müharibənin başlandığı gündən altı il keçdi. Amma yaralar sağalmayıb, ağrılarımız azalmayıb və bir çox məsələlər həll olunmayıb. Bir şey dəyişməz olaraq qalır ki, bu da erməni əsgərinin uduzmamasıdır. Komandirlərimiz uduzmayıb, erməni xalqı həmin müharibədə geri çəkilməyib. Erməni əsgəri, zabiti və milləti amansızcasına aldadılıb, yanlış yola salınıb və xəyanətə uğradı. Bu müharibə bitməyib. O, təkcə döyüşdə ölən əsgərlərimizin missiyası yarımçıq qaldığı üçün deyil, həm də düşmənin əldə etdiklənlərindən məmnun olmadığı üçün bitməyib",- erməni deputat deyib.