Gündəm 22-10-2026, 23:30

Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ



Bakıdakı Mərkəzi Klinikada ağır xəstəyə meyitdən ürək transplantasiyası həyata keçirilib.

Əməliyyata tanınmış kardioloq-cərrah Kamran Musayev rəhbərlik edib.

Artıq xəstənin evə yola salındığı bildirilir.

Kamran Musayev donorun ailəsinə - verdikləri humanist qərarla orqan çatışmazlığından əziyyət çəkən bir neçə insana yaşamaq ümidi bəxş etdiklərinə görə təşəkkür edib.

Bu o deməkdir ki, metitin digər orqanları da orqan çatışmazlığından əziyyət çəkən xəstələrə transplantasiya edilib.

Xəbər lenti