Əgər Ukraynanın “Starlink” sisteminə çıxışında problem varsa, onun həllini təmin edəcəyəm.
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Jurnalistin Ukrayna Prezidenti Volodimir Zelenskinin “Starlink” sisteminin ölkədə hələ də işləmədiyini bildirdiyini xatırlatmasına cavab olaraq Tramp deyib: “Bu barədə eşitməmişəm, amma məsələni araşdıracağam”.
O, məsələ ilə əlaqədar “SpaceX” şirkətinin rəhbəri İlon Maskla hələ danışmadığını qeyd edib:
“İlon Maskla danışmamışam. Ola bilsin, onunla danışmalı olum. Problem həll edilməyibsə, onunla danışacağam. Eşitdiyimə görə, məsələ artıq həll olunub”.