Gündəm / Dünya Bugün, 15:30

Merts Avropa İttifaqında yaşanan böhrana diqqət çəkdi



Almaniya kansleri Fridrix Merts Avropa ölkələrinin vətəndaşlarının Avropa İttifaqının (Aİ) siyasətinə etimadının azaldığını bəyan edib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

“Bəli, gəlin hər şeyi öz adı ilə çağıraq. Bir çox insan artıq bu Avropa siyasətinə, bu Avropa İttifaqına etibar etmir”, – deyə o, Bavariyada Xristian-Sosial İttifaqının (XSİ) qurultayında çıxışı zamanı bildirib.

O vurğulayıb ki, avropalı siyasətçilər mövcud problemləri müzakirə etməklə kifayətlənməməli, vətəndaşların etimadını bərpa etmək üçün real addımlar atmalıdırlar.

“İnsanlar yenidən etimad qazanmalıdırlar... Biz problemləri çox sözlə təsvir etməklə kifayətlənə bilmərik. Onları həll etməliyik”, – deyə Almaniya kansleri qeyd edib.

Daha əvvəl Merts iqtisadi islahatların təcili həyata keçirilməsinin və Almaniya biznesi üçün rəqabətədavamlı şərait yaradılmasının zəruriliyini vurğulamışdı.

Xəbər lenti