Gündəm / Siyasət / Dünya Bugün, 20:30

İrəvandan uçan təyyarə həyəcan siqnalı verdi - Geri qayıtdı



İrəvandan Mineralnıye Vodıya uçan sərnişin təyyarəsi havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra fövqəladə vəziyyət siqnalı verərək geri dönüb.

Bu barədə hava hərəkətini idarə edən dispetçerlər məlumat yayıblar.

Bildirilir ki, təyyarə İrəvan hava limanına uğurla enib. Hazırda hava gəmisi terminal istiqamətində hərəkət edir.

Təyyarənin hansı səbəbdən həyəcan siqnalı verdiyi açıqlanmayıb.

"Flightradar" xidmətinin məlumatlarına əsasən, layner havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra “general emergency” (ümumi fövqəladə vəziyyət) siqnalı göndərib və Ermənistanın paytaxtına qayıtmaq üçün istiqamətini dəyişib.

Qeyd edək ki, bundan əvvəl “Azimut” aviaşirkətinin İstanbuldan Mineralnıye Vodıya uçan təyyarəsi də texniki nasazlıq səbəbindən həyəcan siqnalı verərək geri dönmüşdü.

Xəbər lenti