İran Hindistan bayrağı altında üzən tankerlərin Hörmüz boğazından keçməsinə icazə verib.
Planetinfo.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
Qeyd olunub ki, buna İran və Hindistan xarici işlər nazirləri arasında aparılan danışıqlar nəticəsində nail olunub.
Bu görüşdən sonra iki Hindistanın Puşpak və Parimal tankerləri Hörmüz boğazından uğurla keçib.
Məlumata görə, Səudiyyə Ərəbistanından neft daşıyan və Hindistan vətəndaşının kapitanlığı ilə Liberiya bayrağı altında üzən tanker də boğazdan keçərək Mumbaya çatıb.
Bu, ABŞ, İsrail və İran arasındakı münaqişədən bəri nəqliyyatın dayandırıldığı Hörmüz boğazından təhlükəsiz keçən Hindistana gedən ilk gəmi olub.