Gündəm 12-03-2026, 22:00

Füzulidə mina martladı - Ölən var



Füzulidə mülkü şəxs minaya düşərək həlak olub.

Planetinfo.az “Report” istinadla xəbər verir ki, hadisə Füzuli rayon Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla mal otararkən texnika əleyhinə minaya düşüb. Nəticədə R. Hacıyev hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər lenti