Gündəm Bugün, 12:06

Minalardan təmizlənəcək ərazinin sahəsi açıqlandı

Bu il azad olunan torpaqlarda 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

Planetinfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Baş nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir:

"2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib.

Xəbər lenti