2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95 875 doğulan körpə qeydə alınıb və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.
Planetinfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1%, qız uşaqlarının xüsusi çəkisi isə 46,9% təşkil edib. Körpələrdən 3170-i əkiz, 117-si isə üçəm doğulub.
Qeyd edilib ki, ötən il ölkədə 59 834 ölüm halı qeydə alınıb və 2024-cü il illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.