"Onlar Fransanı Yaxın Şərqdəki münaqişəyə cəlb etmək istəyirlər".
Planetinfo.az xəbər verir ki, bu fikri Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.
Siyasətçi İraqda bir fransız əsgərinin ölüm xəbərinə cavab olaraq yazıb:
"Bu şərəfsizlər faciədən istifadə edərək bizi müharibəyə sürükləmək istəyəcəklər".
Qeyd edək ki, bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron İraqdakı kürd və fransız qüvvələrinin birgə bazasına pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində fransız hərbçisi Arnaud Frionun öldüyünü açıqlayıb.