Gündəm Bugün, 15:35

ABŞ Hörmüz boğazından keçən gəmiləri müşayiət edəcək

ABŞ Maliyyə Naziri Skott Bessent ABŞ-nin Hörmüz boğazından hərbi dəniz müşayiəti ilə kommersiya gəmilərinin keçməsini planlaşdırdığını açıqlayıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Bessent CNBC məlumat yayıb.

O, əlavə edib ki, şərtlər imkan verərsə, bu cür müşayiətlər beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilə bilər.

"İnanıram ki, hərbi cəhətdən mümkün olan kimi ABŞ Hərbi Dəniz Qüvvələri və bəlkə də beynəlxalq koalisiya ilə birlikdə gəmiləri boğazdan keçirəcək" - deyə Bessebt qeyd edib.

Hazırda ABŞ hərbi gəmilərinə tankerləri müşayiət etmək tapşırılmır və müdafiə rəsmiləri qeyd edirlər ki, onları dar su yolu ilə müşayiət etmək şərtləri hazırda çox təhlükəlidir. İran əvvəllər bir neçə kommersiya gəmisinə dron və raketlərlə hücum edib və ölkənin qlobal iqtisadiyyata zərər vermək üçün dəniz minaları yerləşdirməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqlar var.

Bessent əlavə edib ki, Çin bayrağı altında üzən tankerlər də daxil olmaqla, bəzi gəmilər artıq keçə bildiyindən, ABŞ İranın boğazı minaladığına inanmır.

Xəbər lenti