Gündəm 13-03-2026, 16:50

"Artıq Nobel Mükafatı ilə maraqlanmıram" - Tramp

"Artıq Nobel Mükafatı ilə maraqlanmıram".

Planetinfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Washington Examiner” jurnalına müsahibəsində deyib.

Jurnalist Trampdan İranla müharibənin mükafatını qazanmaq şansını artırıb-artırmayacağını soruşub.

Tramp cavabında “Bilmirəm, maraqlanmıram” deyib.

Xatırladaq ki, 2025-ci ildə Donald Tramp Nobel Sülh Mükafatı uğrunda fəal lobbiçilik kampaniyasına başlayıb. Qazana bilmədikdən sonra o, artıq sülh haqqında düşünməyə borclu olmadığını bildirib. 2025-ci il Nobel Sülh Mükafatı Venesuela müxalifət lideri Mariya Korina Maçadoya verilib. Maçadoya medalı Tramp təqdim edib.

Xəbər lenti