Hörmüz boğazı konfransında iştirak edən ölkələr ABŞ-nin boğazla bağlı qətnamə qəbul etmədən İranla münaqişədən çıxması halında Yaxın Şərqdə gəmiçiliyin bərpası üçün ehtiyat planı müzakirə etməyə başlayıblar.
Planetinfo.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun müttəfiqləri vahid mövqe nümayiş etdirmək və münaqişəyə son qoymaq üçün gələcək ABŞ-İran danışıqlarında gəmiçiliyin bərpası məsələsini təmin etmək istəyiblər. Daha əvvəl Tramp Hörmüz boğazı məsələsinin neft daşınması üçün istifadə edən ölkələr tərəfindən həll edilməli olduğunu bildirib.
Qeyd edək ki, Britaniyanın sədrliyi ilə keçirilən Hörmüz boğazına həsr edilmiş konfrans onlayn formada keçirilib. Konfransda ümumilikdə 41 ölkə iştirak edib. Onların liderləri münaqişədə atəşkəs əldə olunana qədər hərbi əməliyyatlara əl atmaq niyyətində olmadıqları qənaətinə gəliblər. Britaniya Xarici İşlər Nazirliyi konfransdan sonra bəyanat yayaraq iştirakçıların İranın Hörmüz boğazından keçid üçün rüsum almaq ideyasını rədd etdiklərini vurğulayıb.