Gündəm Bugün, 13:23

Zərərsizləşdirililmiş minaların sayı açıqlandı



Azad olunan ərazilərdə martın 30-dan aprelin 5-dək 34 tank əleyhinə mina, 83 piyada əleyhinə mina, 2254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Planetinfo.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb
Məlumata əsasən, 2278.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Xəbər lenti