Gündəm Dün, 23:30

"Riyaziyyat sualları çətin idi"




Paytaxtda və regionlarda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı təşkil olunub.

Planetinfo.az xəbər verir ki, ümumilikdə təxminən 50 minə yaxın şagird imtahanda iştirak edib.

İmtahandan çıxan şagirdlər isə suallarla bağlı müxtəlif fikirlər səsləndiriblər. Onların sözlərinə görə, bəzi fənlər nisbətən asan olsa da, riyaziyyat sualları digərlərinə nisbətən daha çətin olub.

Qeyd edək ki, aprelin 5-də keçirilən ümumi (doqquzillik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavabları açıqlanıb. Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin altı həftədən sonra elan olunması nəzərdə tutulur.

Xəbər lenti