İsrail ordusu Beyrutda Hizbullah lideri Naim Qasımın qardaşı oğlu Əli Yusif Harşini qətlə yetirib.
Planetinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Belə ki, Harşi ofisinin idarə olunmasında və təhlükəsizliyində mərkəzi rol oynayırdı.
Məlumata görə, bu gecə ərzində Hizbullah komandirlərinin Livanın Litani çayı boyunca hərəkət etmək üçün istifadə etdiyi iki əsas keçid məntəqəsinə minlərlə silah, raket və buraxılış qurğusu daşınıb. Bundan əlavə, Livanın cənubunda Hizbullah tərəfindən istifadə edilən 10 silah anbarına, buraxılış qurğusuna və komandanlıq mərkəzinə zərbələr endirilib.