Məlum olduğu kimi, İsrail ordusu Livanın paytaxtı Beyruta amansız və intensiv hücumlar edib.
Planetinfo.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Belə ki, atəşkəs olmasına baxmayaraq regional gərginliyin yenidən artırdığı bir vaxtda SEPAH-ın Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qani İsrailin Livanda törətdiyi vəhşiliyə görə ağır cavabla üzləşəcəyini bildirib.
İran və ABŞ arasında İsraili də əhatə edən müvəqqəti atəşkəs əldə edən Pakistanın Baş naziri Şahbaz Şərif atəşkəsin Livanı da əhatə etdiyini bildirib. Lakin ABŞ-nin vitse-prezidenti Ceyms Vens İsrailin Livana hücumlarının İranla müvəqqəti atəşkəsin bir hissəsi olmadığını deyib. Digər tərəfdən, İran atəşkəsin regiondakı bütün münaqişələrin və müharibələrin dayandırılmasını əhatə etdiyini açıqlayıb.
Qeyd edək ki, dünən İsrail ordusu xəbərdarlıq etmədən Beyruta və Livanın bəzi hissələrinə 100 dənə eyni vaxtda hava hücumu təşkil edib. Dünənki hücumlar indiyədək ən intensiv hücumlar olub.